Ədəbiyyat tariximizdən » Elmvetehsil.com
» » Ədəbiyyat tariximizdən

Ədəbiyyat tariximizdən

http://elmvetehsil.com/uploads/posts/2015-06/1435499312_kitab.jpg

Təsadüfi deyil ki, qədim yunan filosofu Aristotel ədəbiyyatı təqlidi senet , yeni həyati və insanları yamsılama sənəti adlandirmışdır.Həyatı əks etdirmək ədebiyyatı elmə yaxinlaşdırır.Ədəbiyyat dedikdə müxtəlif elm sahələrinə dair mənbələrin cəmi nəzərdə tutulur:siyasi ədəbiyyat,texniki ədəbiyyat,tibbə dair ədəbiyyat ve .s. Amma elmdən fərqli olaraq , ədəbiyyat həyatı bədii təxəyyül əsasında əks etdirir.Həyatı və insanları bədii təxəyyüllə, yeni obrazlı şəkildə əks etdirmək ədəbiyyatı elmdən fərqləndirirsə , incəsənətin digər sahələrinə yaxınlaşdırır.Bu mənada ədəbiyyat bir növ incəsənətin qoludur. Ədəbiyyat sözu ədəb (mərifət) sözündən götürülmüşdür.Ədəbiyyatın vəzifələrindən biri insanlara zövq verməkdirse , biri də insanları tərbiyə etmək,onları mənəvi cəhətdən zənginləşdirməkdir.Ədəbiyyatı öyrənən elmə ƏDƏBİYYATŞÜNASLIQ deyilir.Ədəbiyyatşünaslıq elminin 3 əsas sahəsi var: 1.Ədəbiyyat tarixi 2.Ədəbiyyat nəzəriyyəsi 3.Ədəbi tənqid. Azərbaycan ədəbiyyatı tarixi bu dövrlərə bölünür: 1.Qədim dövr-(13 cü əsrə qədər) 2.Orta dövr-(13-17 əsr) 3.Yeni dövr-(17- 20 əsr) 4.Ən yeni dövr-(20 əsrdən sonrakı) Azərbaycan ədəbiyyatının ümumi ideya-bədii istiqaməti və aparıcı prinsipləri türkçülük,islamçılıq,müasirliklə bağlıdır.Həmin ideya-bədii istiqamətlər bu və ya digər dərəcədə ədəbiyyatımızın tarixi dövrlərinin hər biri üçün səciyyəvi olmuşdur. Bədii ədəbiyyatin iki qolu var: 1.Şifahi xalq ədəbiyyatı (folklor)2.Yazılı ədəbiyyat
28-06-2015, 18:50   Oxunub: 784