Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı » Elmvetehsil.com
» » Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı


















“Mən gələcək nəsillərə çox güclü qüdrətli iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm” Bu sözlərin müəllifi müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev dediklərinin hər birini həyata keçirdi. Lakin o getmədi aramızdan qəlbimizə köçdü tarixləşdi əbədiləşdi.
Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Məktəbin Uşaq gənclər birliyinin rəhbəri Xavər İsmayılovanın hazırladığı tədbir ilk olaraq Azərbaycan Respublikasının dövlət himni başlandı. Aparcı Elxan Ağayev səhnəyə çıxaraq Heydər Əliyevin həyat və yaradıcılığından danışdılar.
İnsanların dünyaya gəlişi və dünyadan gedişi təxminən eyni olsada onların keçdiyi ömür yolu müxtəlifdir. “İnsan var üzündən, insanda var izindən tanınır” deyib atalarımız. Üzündən tanınanların ömrü yaşadıqları günlərin sayı qədər olur və onlar dünyasını dəyişdikdən sonra unudulub yaddan çıxır. Lakin izindən tanınanların ömrü əbədi olur və onlar tarix boyu yaşamaq haqqı qazanırlar. Onların həyatda qoyduqları iz milyonlarla insanın həyat yoluna çevrilir bu izlə onlar hər zaman xatırlanır yad edilir. Xalqımızın ümümilli lideri Heydər Əliyev kimi....
O, həyatda elə bir iz qoydu ki, milyon illər ötsədə insanlar onun yoluyla getməklə öz talelərini müəyənləşdirəcəklər. Heydər Əliyev şərəfi mənalı və çətin bir ömür yolu keçdi. O, tanrının ona bəxşetdiyi ömrü xalqı milləti üçün yaşadı. Ömrünü xalqımızı xöşbəxtliyə aparan yola işıq saçmaq üçün şama çevirdi.
Şagirdlərdən Münəvvər Səidi, Mehri Hacıyeva, Roza Rəhimova, Lətifə Əliyeva, Elnurə Babayeva Heydər Əliyev barədə şerlər söylədilər.
Xırdalan şəhər 5 saylı tam orta məktəbin direktoru hörmətli Şahin müəllim Ümummilli Liderimiz barədə geniş məlumat verdi.
Heydər Əliyev elə bir nadir şəxsiyyətdir ki, onun xidmətlərinin müqabilində olduğu kimi vəsf etmək mümkün deyil. Onun Azərbaycan xalqı üçün gördüyü işləri ən böyük riyazi rəqəmlərlə ifadə etmək olmur. O, nə etdisə hamısını vəzifə borcu sandı, xalqına təmənasız xidmət göstərdi.
Məktəbin tarix müəllimi Xuraman Nağıyeva Heydər Əliyev barədə tarixi faktlara toxunaraq şagirdləri məlumatlandırdı.
1969 cu ildə Azərbaycana rəhbərlik edən Ulu öndərimiz respublikamızın surətli inkişafına nail oldu. Xalqımızın milli- mənəvi dəyərlərinə, dilinə, dininə qarşı edilən təcəvüzləri aradan qaldırdı. 20 ci əsrin 70 ci illərinə qədər Ermənistandan da geri qalırdı. Acınacaqlı fakt ondan ibarət idi ki, bu respublikalar Azərbaycanın sərvətləri hesabına inkişaf edirdi. Talanan sərvətlərin müqabilində Azərbaycanda görülən işlər olduqca az idi.
Ümummilli Liderimiz respublikamıza qaydışından sonra ölkəmizdə vəziyyət tamamillə əksinə xalqın maraqlarına uyğun şəkildə dəyişdi. Tarxi baxımdan o qədər də böyük olmayan vaxt ərzində Azərbaycanın surətli inkişaf yolu keçdi, respublikamızda yeni sahələr yaradıldı. Artıq 80 ci illərdə Azərbaycan SSRİ miqyasında 4-cü bəzi sahələrdə 1- ci yerə yüksəldi. Görülən hər bir iş insanların həyat şəraitinin yüksəlməsinə də öz müsbət təsirini göstərdi. Ümumiyətlə Heydər Əliyevin atdığı hər bir addım ilk növbədə vətəndaşlaımızın sosial rifahını yüksəlməsinə yönəlmişdir.
Dünya şöhrətli siyasətçi xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətimizə rəhbərlik etdiyi illərdə də xeyirxah missiyasını misilsiz xidmətlərini davam etdirirdi. Əvəlcə o, Azərbaycanın düşdüyü ağır sosial iqtisadi və siyasi böhrandan xilas etdi vətəndaş müharibəsinin qarşısını aldı. Ölkədə möhkəm davamlı sabitliyin yaradılmasına nail oldu. Mövcud təhlükələri aradan qaldıran Heydər Əliyev Azərbaycanın sürətli inkişafı yolunda əməli nəticələr verən uğurlu addımlar atdı. Müstəqil dövlət kimi, gənc olan Azərbaycan dünyaya inteqrasiya olundu dünyavi demokratik dövlət quruculuğu yolunda böyük naliyyətlər qazandı.Ulu öndərimizin rəhbərliyi ilə müstəqil dövlətimiz 10 il ərzində böyük inkişaf yolu keçdi.
Heydər Əliyevin böyüklüyü həmdə ondan ibarətdir ki, o təkcə rəhbərliyi dövründə deyil həmdə əsrlər sonra olkəmizin hərtərəfli inkişafını təmin siyasi kursu müəyənləşdirdi. Son illər qazanılan uğurlar mübariz nümunəsidir. 2003 cü ildə əbədiyə qovuşan Ümummilli Liderimizin siyasi kursunun yoluna uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Azərbaycan iqtisadi yüksəlişinə görə dünyanın lider dövlətidir. Yüz illər bundan sonrada qazandılan uğurlara görə ilk olaraq Heydər Əliyevə minətdarolacağıq. Çünki Azərbaycan onun müəyənləşdirdiyi siyasi kursa uyğun olaraq idarə olunur və uğurlar qazanır.
Bu uğurları öz həyatımızda hiss etdikcə bir daha görürük ki, Ümummilli Liderimiz xalqımızın əziz övladı böyük insan qayğıkeş ata Heydər Əliyev yaşayır.. O, tarix boyu yaşayacaq və ömür yolu bizlərə örnək olacaq. Heydər Əliyev yoluyla gedəcəyik. Onun yolu haqq yoludur.
Şagird Şirxan Əmiraslanovun ifasında saz havasının sədası altında Heydər Əliyev haqqında şerlər dinlənildi. Sonda Ümummili Lider barədə sənədli filimə tamaşa edildi.
Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Ümummili Lİderimiz anıldı
22-04-2019, 10:39   Oxunub: 1166