XIRDALANDA MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI » Elmvetehsil.com
» » XIRDALANDA MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI

XIRDALANDA MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI

XIRDALANDA MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI















Xeberfakt.info bildirir ki, Xırdalan şəhəri Abşeron rayonunun mərkəzidir. Şəhərin tam mərkəzində, Abşeron rayon icra hakimiyyəti başçısının inzibati binasının arxa tərəfində Xırdalan şəhər 1 saylı tam orta məktəbi yerləşir. Məktəb, həm Azərbaycan, həm də rus bölmələri olmaqla, böyrək müəllım və şagird kontingentini əhatə edir. 1 saylı məktəbdə, həmin məktəbin direktoru Kəmalə xanımın vəzifəsindən sui-ıstifadə edərək, şagirdlərdən əsassız pul toplamaq kompaniyasına tez-tez rəvac verməsi barədə redaksiyamıza xeyli informasiya daxil olmuşdur. Lakin, məsələnin daha ciddi araşdırılması tələb olunduğundan,işıqlandırmağa tələsməmişdik. Yəni, ötən ildə bızım tərəfimizdən adı keçən çox ağrılı problemin gündəmə gətirilərək, dərc olunması planlaşdırılmışdı. Səbrimizi basaraq, təkrar olunmayacağı ümidi ilə Kəmalə xanıma "ibrət götürər" işarəsi vermişdik. Təəssüflər olsun ki, xanım, nəınkı ibrət dərsi götürməmiş, əksinə daha da qanadlanmışdır. Informasiya mənbələrimizin verdiyi real məlumata əsasən, Kəmalə xanım rus bölməsinin bırıncı siniflərinə şagird qəbulu ilə bağlı keçirilən müsabiqənin ətrafında, əməlli-başlı pul qazanma şousu yaratmağa nail olmuşdur. Belə ki, məlum müsabiqənin uğursuzlarının valideynlərinin zərif hissiyatlarından mükəmməl yaralanmaq şansını əlindən qaçırmaq istəməyən Kəmalə xanım, həmin valideynlərə 500 manat müqabılındə müşküllərini həll etmək ismarıcı yollamışdır. Necə dəyərlər, malın mal olmasa da, bazarın bazar olsun. Nəticədə, xanım direktor, karlı var-dövlət əldə etməklə,həm də, görün nə qədər valideynlin "rus sektoru"istəyini yerdə qoymamışdır. Sanki, Kəmalə xanım Seyid Əzimdən nümunə götürən görünüşünə bürünmüşdür: Onlara ehtiyacımız çoxdur Onlarsız qeyrı dil əlacımız yoxdur...Vallah, məktəb direktorları içərisində Kəmalə xanımım bu "üslub"dan yararlanmasının yeganə faktor olması ılə heç bir şahid ölkə vətəndaşı razılaşa bılməz. Vallahi-billahi, Təhsil Nazirinin daim nəzarətində olmalı olan məktəb direktorlarının seçimi elə formalaşmışdır ki, sanki onlar yalnız bazar kriteiyalarına yararlı olduqları hallarda hakimiyyət yarlıkı əldə edirlər. Belə olmasaydı,bu boyda Abşeron rayonunun tən ortasında bayrağını sancmış tədrıs obyektinin rəhbəri hansı cürətlə özünü həmın tədris obyektindən, təxminən bir kilometr aralıda yerləşən, köhnə dildə desək, "kolxoz bazarı"nın müdırı kımı aparardı? Həm də, cudanı çuvalda gizlətmək oımaz, axı məktəbdə oxuyan şagirdlərin valideynləri min nəfərdən çoxdur və həmın min nəfərin əllicə faizi bizim şahid və informatorlarımızdırlar
24-04-2019, 14:42   Oxunub: 110