“SABAHın Könüllüsü” Avropa Oyunlarının həyəcanını yaşayır. » Elmvetehsil.com
» » “SABAHın Könüllüsü” Avropa Oyunlarının həyəcanını yaşayır.

“SABAHın Könüllüsü” Avropa Oyunlarının həyəcanını yaşayır.


http://elmvetehsil.com/uploads/posts/2015-06/1435418784_aaaa2015.jpg

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən olan, ümumilikdə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirak etdiyi “Bakı 2015” 1-ci Avropa Oyunları beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biridir. Avropanın 49 milli Olimpiya dövlətindən olan elit atletlər üçün nəzərdə tutulan çox idman növlü idman bayramı dünyanın diqqətini öz üzərində cəmləməyi bacardı. Bu istiqamətdə “SABAHın Könüllüsü” öz dəstəyini nümayiş etdirərək oyunlarda fəal iştirak edir.
“SABAHın Könüllüsü” proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələblərdən ibarət könüllülər “Bakı 2015” 1-ci Avropa Oyunlarında idmançılarımızın tarixi çıxışlarının canlı şahidi olmaq, bu möhtəşəm idman tədbirinə olan dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün azarkeş qrupları yaradıb.
“SABAHın Könüllüsü” tərəfindən azarkeş qrupları “Bakı 2015” 1-ci Avropa Oyunlarında Azərbaycan idmançılarına dəstəyi nümayiş etdirmək, oyunlarda aktiv iştirak etmək məqsədilə yaradılıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələrindən ibarət azarkeş qruplarında gənclər milli komandamızın çıxışını maraqla izləyib, “Baki 2015” 1-ci Avropa Oyunlarının coşğusunu yaşayaraq idmançılarımıza dəstəklərini nümayiş etdirib. Oyunlar bitdikdən sonra idmançılarımızla xatirə şəkli çəkdirən tələbələr milli qürurlarımızı yaxından tanımaq fürsəti qazanıb.
Məlumat üçün qeyd edək ki, “SABAHın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələbələrə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Hazırda SABAH qrupları 7 ali təhsil müəsisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
27-06-2015, 20:25   Oxunub: 761